Gürcüstan Rusiya ilə sərhədi qismən bağlayır

Gürcüstan martın 16-dan etibarən Rusiya ilə əlaqələrini müvəqqəti bağlayır. GAXA-nın məlumatına görə, bu barədə hökumətin mətbuat xidməti məlumat verib.

 Məlumata görə, Gürcüstan baş nazirinin tapşırığına əsasən, bu gün Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması məsələlərindəki xüsusi nümayəndəsi Zurab Abaşidze Gürcüstan və Rusiya arasındakı ikitərəfli dialoq çərçivəsində

Rusiya nümayəndəsi Qriqori Karasin mövzu ilə bağlı danışıb.

 "Söhbət zamanı koronavirusun yayılması təhlükəsi nəzərə alınaraq, martın 16-dan Gürcüstan və Rusiya Federasiyası arasında vətəndaşların hərəkətinin dayandırılması məsələsinə baxılıb.

 Qeyd edilib ki, bu qərar Rusiya Federasiyası və Gürcüstan ölkələrinə qayıtmaq arzusunu ifadə edən vətəndaşlara şamil edilməyəcək. Məhdudiyyətlər yük daşımalarına təsir göstərməyəcək",- deyə Gürcüstan hökumətinin mətbuat xidmətinin nümayəndəsi vurğulayıb.

 GAXA.ge