Gürcüstanda məktəblərdə tədris iyunun 15-də başa çatacaq

Gürcüstanda tədris ilinin iyunun 15-də başa çatdırılması planlaşdırılır. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstanın Təhsil, Elm və Mədəniyyət və İdman nazirinin müavini Yekaterina Dqebuadze söyləyib. Dqebuadzenin sözlərinə görə, nazirlik həmçinin, yay tətilini azaltmayacaq. Məktəb rəhbərliyi tədris planını necə başa çatdıracağı barədə qərar verməli olacaq.

 Xatırladaq ki, bu gün Gürcüstanda 2086 dövlət və 227 özəl məktəb var. Bəzi müəllimlər, öz təşəbbüsləri ilə distant dərslər keçirir, şagirdlərə tapşırıqlar verir. Koronavirus səbəbindən, Gürcüstanın dövlət uşaq bağçalarında, eyni zamanda universitet və peşə məktəblərində planlaşdırılmış tətillər aprelin 1-dək davam edəcək.

 GAXA.ge