Təhsil Nazirliyi məktəblərdə yay tətilini azaltmayacaq

Gürcüstanın Təhsil Nazirliyi koronavirus səbəbiylə məktəblərin bağlanmasına yay tətilinə yenidən baxmağı planlaşdırmır. GAXA-nın məlumatına görə, bu barədə İmedi telekanalına müsahibəsində Gürcüstanın Təhsil, Elm və Mədəniyyət və İdman nazirinin müavini Yekaterina Dqebuadze söyləyib.

 Koronavirusun yayılması təhlükəsi səbəbindən bir həftə əvvəl - martın 2-də Gürcüstanın məktəblərində yaz fasiləsi elan edilib. Onların martın 16-da başa çatması lazım idi, lakin Səhiyyə Nazirliyinin tövsiyələrinə əsasən hökumət aprelin 1-dək təhsil prosesini bərpa etməməyi qərara alıb.

 Dqebuadzenin sözlərinə görə, tədris ilinin iyunun 15-də başa çatdırılması planlaşdırılır. Bu mərhələdə təhsil nazirliyi yay tətilini azaltmağı düşünmür. Məktəb rəhbərliyi tədris planını necə başa çatdıracağı barədə özləri qərar verməli olacaqlar.

 “Təhsil prosesi yenidən başladıqdan sonra məktəblərə məktəb günlərini necə planlaşdırmağı barədə qərar vermək imkanı veriləcək. Nazirlik yalnız tövsiyələr verməklə məhdudlaşır. Təhsil prosesinə gəldikdə, bu gün deyə bilərik ki, tədris ili iyunun 15-də başa çatacaq",- deyə Dqebuadze vurğulayıb.

 Bu gün Gürcüstanda 2086 dövlət və 227 özəl məktəb var. Bəzi müəllimlər, öz təşəbbüsləri ilə uzaqdan dərslər keçirir, uşaqlara tapşırıqlar verilir. Koronavirus səbəbindən, Gürcüstanın dövlət uşaq bağçalarında, eyni zamanda universitet və peşə məktəblərində planlaşdırılmış tətillər aprelin 1-dək davam edəcəkdir.

 Gürcüstanda təsdiqlənmiş koronavirus hallarının sayı 25 nəfərdir. 1 mindən çox vətəndaş özünü təcrid vəziyyətindədir, 245 nəfər xüsusi karantin zonalarında, 58 nəfər xəstəxanalardakı həkimlərin nəzarəti altındadır. Ümumilikdə, yanvarın 30-dan bu günə qədər Gürcüstanda təxminən 580 nümunə koronavirus üçün sınaqdan keçirilib.

 Coronavirusun yayılmasının qarşısını almaq üçün Gürcüstan hökuməti kütləvi tədbirlərin əksəriyyətini ləğv etdi. Hökumət idarələri uzaqdan iş rejiminə keçir. Teatrlar və muzeylər ziyarətçilər üçün bağlanır, idman tədbirləri ləğv edilir və həbsxanalara ziyarət qadağandır. Aprel ayına qədər bir çox gecə klubları və restoranları işini dayandırıb.

 GAXA.ge