Sabahdan Gürcüstan-Ermənistan və Gürcüstan-Azərbaycan sərhədləri müvvəqqəti bağlanacaq

Gürcüstan-Ermənistan və Gürcüstan-Azərbaycan arasında vətəndaşların hərəkəti bu ilin 14 martından etibarən 10 gün müddətinə müvəqqəti olaraq dayandırılacaq. GAXA-nın məlumatına görə, bu barədə hökumət administrasiyasının mətbuat xidməti bildirib.

 "Gürcüstanın Baş naziri Qiorgi Qaxaria ErmənistanAzərbaycan hökumətlərinin başçıları ilə telefonla danışıb. Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın baş naziri Əli Əsədovla söhbətdən sonra 14 mart 2020-ci ildə Gürcüstan və Ermənistan və Azərbaycan arasında 10 gün müddətində dövlət sərhədlərin bağlanması haqqında ortaq qərar qəbul edilib.

 Məlumata görə, sərhədlərdən vətəndaşların keçməsinin müvəqqəti olaraq dayandırılması qərara alınıb.

 Bundan başqa, tərəflər bildiriblər ki, ölkələr öz vətəndaşlarının qonşu ölkələrdən qayıtmasına istənilən şərait yaradacaqlar.

 Qeyd edək ki, Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxaraq yaşadıqları ölkəyə qayıtması üçün xüsusi dəhliz təşkil olunacaq və həmçinin, yük daşımalara qadağa qoyulmayacaq və bunun üçün tranzit dəhliz fəaliyyətə başlayacaq.

 GAXA.ge