“Qırmızı Körpü”də Gürcüstan və Azərbaycan rəsmilərinin iştirak etdiyi seminar keçirilib

Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti rəhbərinin müavini Vladimir Xundadze və Daxili İşlər Nazirliyinin Patrul Polisi müdirinin müavini Levan Maçavariani Azərbaycan Respublikası Gömrük İdarəsi rəhbərinin müavini İqbal Babayevin qatıldığı seminar keçirilib. Tədbirdə tərəflər iki ölkə arasında sərhəd-keçid prosedurlarının və tranzit dəhlizinin asanlaşdırılması, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Seminarda iştirakçılar avtomobillər üçün ən yeni elektron sistemlərin tətbiqi ilə bağlı təcrübə mübadiləsi mexanizmlərini də müzakirə ediblər. Yeni koronavirusun yayılmasını minimuma endirmək üçün əlaqələndirilmiş əməkdaşlığın artırılmasının vacibliyi vurğulanıb. Seminar Azərbaycan Respublikası ərazisindəki "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində keçirilib. GAXA.ge