İrakli Qaribaşvili Azərbaycanın müdafiə naziri ilə görüşüb

Azərbaycan Prezidenti ilə görüşdən sonra Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili azərbaycanlı həmkarı, general polkovnik Zakir Həsənov tərəfindən qəbul edilib. Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasındakı mövcud əməkdaşlığı və gələcək planları müzakirə ediblər. Nazirlikdən verilən məlumata görə, nazirliklər arasında ikitərəfli əməkdaşlığın sabit və ardıcıl dinamikası vurğulanıb. Tərəflərin iştirakı ilə 2020-ci il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı təsdiqlənib. "Tərəflər çoxmillətli hərbi təlimlərdə və hərbi təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər. Görüşdə Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli formatda əməkdaşlığın əhəmiyyəti vurğulandı. Müdafiə Nazirliyindəki görüşdən əvvəl Gürcüstanın Müdafiə naziri "Şəhidlər Xiyabanını" ziyarət edib və şəhidlərin xatirəsini əklil qoymaqla ehtiramla yad edib. GAXA.ge