Gürcüstan paytaxtında Azərbaycan-Gürcüstan biznes forumu keçirilir

Bu gün Tiflisdə Avropa İttifaqı-Gürcüstan Biznes Şurası və Azərbaycan İş Adamları Birliyinin (AZEBİ) təşkilatçılığı ilə biznes forumu başlayıb. GAXA-nın məlumatına görə, tədbirə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Yekaterina Mikabadze, BP, SOCAR şirkətinin Gürcüstan nümayəndəliyi, AZPROMO, “Paşa Bank” və diplomatik korpus nümayəndələri qatılıblar. Tədbir çərçivəsində müxtəlif mövzularda təşkil edilən seminarlarda biznes məsələləri müzakirə olub, fikir mübadiləsi aparılıb. Biznes forum çərçivəsində AZEBİ (sədr Nəriman Qurbanov) və Avropa İttifaqı-Gürcüstan Biznes Şurası (Şura katibi Zviad Qumburadze) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. GAXA.ge