Dmanisidən olan 21 yaşlı azərbaycanlı futbolçu gürcü futbol klubunun üzvü olub

“Şevardeni-1906” klubu 21 yaşlı azərbaycanlı futbolçu Murad İsmayılzadəni sıralarına qatıb. GAXA-nın məlumatına görə, klub Gürcüstanın milli liqasında çıxış edir. GAXA-nın Qol.az saytına istinadən xəbərinə görə, on gün əvvəl komandanın təlim-məşq toplantısına qoşulan gənc futbolçu və paytaxt təmsilçisi arasında martın 1-də bir illik müqavilə imzalanıb. Gənc yarımmüdafiəçiyə 21 nömrəli forma təqdim edilib. “İnter” PFK-nin yetirməsi olan Murad İsmayılzadə karyerası boyunca “İnter”, “Zirə”, “Sabah” klublarında oynayıb, müvafiq yaşlarında U-17 və U-19 Azərbaycan milli komandalarına cəlb olunub. Tiflis şəhərinin təmsil edən “Şevardeni-1906” komandası Qafqazın ən qədim idman cəmiyyətlərindən biri sayılır, 1911-ildə gürcü futbolunun təməlini qoyan komanda kimi tarixə keçib. 1987-ci ildə SSRİ çempionatının 2 liqa 9 zonasında debüt edib. 1990-cı ildən Gürcüstanın yüksək liqasında, 2001-ci ildən isə I divizionda çıxış edir. Qeyd edək ki, gənc futbolçu Murad İsmayılzadə Gürcüstan əsillidir, şair-jurnalist Mədəd Coşqunun nəvəsi, istedadlı yazıçı Ədalət İsmayılıovun öğludur. Xatırladaq ki, başqa bir azərbaycanlı futbolçu – Nicat Qurbanov hazırda Gürcüstanın “Samtredia” komandasında çıxış edir. GAXA.ge