Gürcüstanın müdafiə naziri İrəvana səfər edəcək

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili ilk dəfə İrəvana rəsmi səfər edəcək. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. "Səfər üçün hazırlıqlar görülür", - mətbuat xidmətindən bildirilib. Gürcüstanın müdafiə idarəsi rəhbərinin dəqiq səfər tarixi hələ məlum deyil, lakin ehtimala görə, səfər fevralın sonunda baş tuta bilər. Qeyd etmək lazımdır ki, Qaribaşvili ölkımizin baş naziri kimi 2014-cü ildə Ermənistana səfər edib. Gürcüstanın Müdafiə naziri səviyyəsindəki səfərlərə gəlincə, belə bir səfər 2019-cu ilin fevral ayında baş tutub. Gürcüstanın o vaxtkı müdafiə naziri Levan İzoria İrəvana səfər edib. GAXA.ge