Azərbaycan Rusiya və Gürcüstanla sərhəddə idxal olunan məhsullar üçün karantin məntəqələri yaradacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2020-ci ildə qida və bitki mənşəli məhsullar üçün karantin məntəqələrinin yaradılmasına başlayacaq. GAXA-nın “İnterfaks-Azərbaycan” agentliyinə istinadən məlumatına görə, bu barədə AQTA sədri Qoşqar Təhməzli məlumat verib. Agentlik bu ildən etibarən idxal olunan məhsullar üçün karantin məntəqələri yaratmağa başlayır. Məntəqələr iki cür - heyvan və bitki mənşəli məhsullar üçün olacaq", - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib. Sədrin sözlərinə görə, bu il iki belə məntəqə yaradılacaq. “Onlar Azərbaycana məhsulların idxal edildiyi iki əsas istiqamətdə - Gürcüstan və Rusiya ilə sərhəddə yaradılacaq”, - deyə Q.Təhməzli əlavə edib. GAXA.ge