Baş nazir Qaxaria Azərbaycanın iqtisadiyyat naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Gürcüstanın Baş naziri Qiorqi Qaxaria ölkəmizdə rəsmi səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə ikitərəfli əməkdaşlığı müzakirə edib. GAXA-nın məlumatına görə, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib. Gürcüstanın Baş naziri Qiorqi Qaxaria Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşündə əsas mövzulardan biri olan Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın müsbət dinamikası və iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən danışıb. Görüşdə ölkələrimiz arasında ticarət və ikitərəfli sərmayənin sürətlə inkişaf etdiyi, enerji dəhlizləri, logistika və nəqliyyat sahələrində də əməkdaşlığın davam etdiyi qeyd edilib. Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, iki ölkə arasında strateji tərəfdaşlığın və yüksək səviyyəli qarşılıqlı anlaşmanın əhəmiyyəti vurğulanıb, bu da ikitərəfli məsələləri səmərəli həll etməyə imkan verir. Nəqliyyat, tranzit, loqistika, rabitə və enerji sahəsində yeni birgə layihələrin planlaşdırıldığı üçün uğurlu iqtisadi əlaqələrin davam edəcəyi də qeyd edilib. Verilən məlumata görə, Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycanın İqtisadiyyat nazirinin Gürcüstana səfəri Gürcüstanın Baş naziri Qiorqi Qaxaria ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasındakı görüşün davamıdır, bu görüşdə tərəflər ikitərəfli iqtisadi əməkdaşlığı və gündəmdəki vacib mövzuları müzakirə ediblər. GAXA.ge