Yuxarı Saraldan olan XII sinif şagirdi “Qadın zorakılığına qarşı” müsabiqənin qalibi seçilib

Yuxarı Saraldan olan XII sinif şagirdi “Qadın zorakılığına qarşı” müsabiqənin qalibi seçilib Dünən dekabrın 3-də elan olunan və dekabrın 15-də sona çatan “Qadın zorakılığına qarşı” müsabiqənin yekunları məlum olub. GAXA-nın məlumatına görə, mövzu çərçivəsində müsabiqədə bütün Gürcüstan üzrə fəaliyyyət göstərən məktəb şagirdləri iştirak edib. Məlumata görə, müsabiqəyə cəmi 120 məktəb şagirdi qatılıb. Münsiflər heyətinin qərarına əsasən hər məktəbli müsabiqənin ünvanına bir mövzu göndərməli və məktubda özü haqqında məlumat verməli idi. Məlumata görə, müsabiqənin yekunları barədə dünən iştirakçılara məlumat verilib. Bildirilib ki, yaxın günlərdə mükafatlandırma mərasimi keçiriləcək. Yekun barədə iştirakçıları məlumatlandıran münsiflər heyəti I-II-III yerlərə çıxan məktəblilər barədə məlumat verib. Bildirilib ki, münsiflər heyətinin qərarı ilə Marneulidəki Yuxarı Saral məktəbinin XII sinif şagirdi Naz Əhmədova müsabiqədə II yerə çıxıb, həmin məktəbin digər XI sinif şagirdi Fidan Qələndərovanın yazdığı mövzu isə münsiflər heyəti tərəfindən bəyənilib. GAXA-nın məlumatına görə, müsabiqədə iştirak edən Yuxarı Saral ictimai məktəbin hər iki şagirdi erkən evlilik haqqında mözuya müraciət edərək müsabiqəyə mövzu ilə bağlı yazı göndəriblər. Yekunda məktəbin XII şagirdi Naz Əhmədova II yerə çıxıb və Fidan Qələndərovanın qələmə aldığı mövzu isə münsiflər heyəti tərəfindən bəyənilib. Qeyd edək ki, hər il keçirilən müsabiqə Mülki Məsğulluq Mərkəzləri Şəbəkəsi tərəfindən təşkil edilir və tədbirdə Gurcustan üzrə məktəb şagirdləri iştirak edirlər. Xatırladaq ki, keçən il keçirilən eyni adlı müsabiqədə Yuxarı Saral ictimai məktəbin şagirdi Aynur Əhmədova iştirak edərək Gürcüstanda keçirilən qadınlara qarşı zorakılıq mövzusuna həsr olunan gürcü dilində sərbəst mövzuda yazı yazma yarışması layihəsində birinci yerə layiq görülüb. Bu il isə onun bacısı Naz Əhmədova ikinci yerə çıxıb. Saytımız adından Yuxarı Saral ictimai məktəbin şagirdlərini təbrik edir və onlara təhsildə daha böyük uğurlar arzulayırıq. GAXA.ge