Azərbaycanın Müdafiə Naziri ilə Gürcüstan parlamentinin sədri arasında görüş olub

General-polkovnik Zakir Həsənov ilə Gürcüstan parlamentinin sədri Arçil Talakvadzenin görüşü olub. GAXA-nın məlumatına görə, görüşdə Azərbaycandan gələn nümayəndə heyəti və həmçinin Gürcüstan parlamentinin deputatları iştirak edib. Görüş çərçivəsində Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğu bildirilib. Tərəflər qarşılıqlı maraqlara cavab verən bu münasibətlərin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini bildiriblər. Söhbət zamanı, həmçinin terrorizmə və separatizmə qarşı mübarizə aparan ölkələr olaraq Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin intensivləşməsi və digər məsələlərdə qarşılıqlı dəstəyin vacibliyi vurğulanıb. GAXA.ge