Zakir Həsənov Tiflisdə ucaldılan Heydər Əliyevin büstünü ziyarət edib

Bu gün Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əklil qoyub və dahi şəxsiyyəti əziz xatirəsini ehtiramla yad edib. Məlumata görə, ziyarət mərasimində digər rəsmi şəxslər də iştirak ediblər. GAXA.ge