Tiflisdə Beynəlxalq Maarif Məktəbi açılıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tiflisdə Beynəlxalq Maarif Məktəbini açıb. GAXA-nın gürcü mətbutına istinadən məlumatına görə, bu barədə Çavuşoğlu rəsmi Twitter səhifəsində açıqlayıb. “Tiflisdə açdığımız Gürcüstandakı Beynəlxalq Maarif Məktəbi uğurlu olacaq. Tələbələrə uğurlar diləyirəm",-deyə Mövlud Çavuşoğlu qeyd edib. GAXA.ge