Tiflisdə Yeni il ərəfəsində A.P. Çexovun “Ayı” pyesi bir daha oynanılacaq

Tiflisdə A.P. Çexovun “Ayı” pyesi əsasında hazırlanmış tamaşa Amiran Şalikaşvili adına Gürcüstan Dövlət Pantamimo Teatrında yenə də oynanılacaq. GAXA-nın məlumatına görə, bu barədə məlumatı teatrın rəhbəri Turqay Vəlizadə xəbər paylaşıb. Tamaşada rolları Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının bədii rəhbəri və istedadlı aktyoru, quruluşçu rejissor Turqay Vəlizadə, aktrisalardan Aida Tağıyeva və Leyla Qasımova nümayiş etdirəcəklər. Turqay Vəlizadə GAXA-ya açıqlamasında teatrın istedadlı aktyorlarının Qazaxıstana, Litvaya və Türkiyəyə səfərləri barədə də məlumat verib. Onun sözlərinə görə, T. Vəlizadənin başçılığı ilə ölkəmizi təmsil edən Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrı festivalda Anton Çexovun “Ayı” pyesi əsasında hazırlanan eyniadlı tamaşa ilə XXIV Beynəlxalq Ankara Teatr Festivalında iştirak edib və onlar uğurla Türkiyədən Gürcüstana qayıdıblar. Qeyd edək ki, tüatr dekabrın 22-də yenə də “Ayı” tamaşasını oynamağı planlaşdırıb. Rollarda yenə eyni aktrisalar iştirak edəcək. Tamaşanın quruluşçu rejissoru isə Turqay Vəlizadədir. Qeyd edək ki, Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının kollektivi tərəfindən hazırlanan tamaşa əvvəllər də Gürcüstan paytaxtında oynanılıb. GAXA.ge