Tiflisdə A.P. Çexovun “Ayı” pyesi əsasında hazırlanmış tamaşa oynanılıb

Bu gün Tiflisdə A.P. Çexovun “Ayı” pyesi əsasında hazırlanmış tamaşa Amiran Şalikaşvili adına Gürcüstan Dövlət Pantamimo Teatrında oynanılıb. GAXA-nın məlumatına görə, tamaşada rolları Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının peşəkar və istedadlı aktyorlarından Turqay Vəlizadə, Aida Tağıyeva, Leyla Qasımova nümayiş etdiriblər. Teatrın bədii rəhbəri, həmçinin “Ayı” tamaşasında rol alan Turqay Vəlizadə tamaşanın uğur və alqışlar qazandığını bildirib. Qeyd edək ki, Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının kollektivi tərəfindən hazırlanan tamaşa əvvəllər də Gürcüstan paytaxtında oynanılıb. GAXA.ge