Türkiyədə Uluslararası 13-cü Böyük Poeziya Festivalı keçirilib

Türkiyədə Uluslararası 13-cü Böyük Poeziya Festivalı keçirilib. GAXA-nın məlumatına görə, festival üç ölkəni əhatə edib və Edirne (Türkiyə), Gümilcine (Yunanıstan) və Kırcaali (Bolqarıstan) bölgələrindən gələn şairlər və digər ölkələrdən də şairlər dəvət olunub. Qeyd edək ki, Böyük Poeziya Festivalına Gürcüstandan istedadlı şair İbrahimxəlil Tamıyev qatılıb. O, Facebookdakı səhifəsində tədbir barədə dünyanın özü boyda təəssüratları olduğunu yazıb. İbrahimxəlil Türkiyə Yazarlar Birliyinə, Kültür və Turizm Bakanlığına və şair Səlim Babullaoğluna təşəkkürlərinii bildirib.O, ilk dəfə olaraq Kosovadan, Makedoniyadan, Avstraliyadan (cəmi 24 ölkə) tədbirə gələn şairlərlə tanış olduğunu bildirib. GAXA.ge