Marneuli cüdoçusu Rusiyada keçiriləcək Avropa çempionatında iştirak edəcək

Marneuli cüdoçusu Luka Kapanadze Avropa çempionatında mübarizə aparacaq. GAXA-nın məlumatına görə, bu barədə Marneuli İdman Məktəbindən bildirilib. Məlumata görə, noyabrın 1-3-də Rusiya İjevsk şəhərində cüdo üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Yarışlarda Gürcüstan milli komandasının 12 idmançısı, o cümlədən Marneuli İdman Məktəbinin cüdoçusu Luka Kapanadze də 66 kq çəkidə iştirak edəcək. Avropa çempionatının cədvəlinə əsasən, Luka Kapanadze noyabrın 1-də yarışa başlayacaq. Uğurlar arzulayırıq. GAXA.ge