Dmanisi Bələdiyyəsinin əhalisi ilə görüşlər keçirilir

Dünəndən başlayaraq Dmanisi bələdiyyəsi əraziində yerləşən kəndlərin sakinləri ilə hökumət üzvləri, yerli hökumət rəsmiləri ilə görüşlərini davam etdirir. GAXA-nın məlumatına görə, keçirilən görüşlərdə Kvemo Kartli bölgəsində Dövlət Nümayəndəsi Şota Rexviaşvili, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin müavini Liya Qiqauri, parlament üzvü Endzela Maçavariani, Dövlət Nazirinin müşaviri Ayaz Məmmədov, Dmanisi meri Qiorqi Tatuaşvili və digər rəsmi şəxslər, həmçinin, Qantiadi, Cavaxi və Şindilər kəndlərinin sakinləri qanunverici orqanlarının nümayəndələri ilə görüşüblər. Yerli sakinlər kəndin inkişafı üçün prioritet ehtiyaclar barədə rəhbər şəxslərə məlumat veriblər və bölgədə planlaşdırılan layihlər barədə ətraflı məlumatlandırılıblar. Tədbir çərçivəsində aparılan söhbətlərdə və verilən suallarda davam edən infrastruktur layihələri, içməli və suvarma su sistemlərinin bərpası, səhiyyə xidmətlərinin yaxşılaşdırılması və təhsil sahəsinin yeniləşdirilməsi müzakirə edilib. Dmanisi Bələdiyyəsində bu il 19 376 676 lari dəyərində 118 layihənin həyata keçirilməsi planlaşdırılır. Yol infrastrukturu, ambulator və təcili tibbi yardım mərkəzlərinin tikintisi və bərpası, məktəb binalarının təmiri, kəndlərə dəstək proqramı çərçivəsində həyata keçiriləcək layihələr və təbii fəlakətlərin qarşısının alınması tədbirləri infrastruktur layihələri çərçivəsində həyata keçirilir. Qeyd edilib ki, mərkəzi və yerli hökumət nümayəndələri bölgənin bütün bələdiyyələrində analoji görüşlər keçirəcəklər. GAXA.ge