Rustavi şəhərini sel sularından qorumaq üçün kanal çəkilir

Rustavi şəhərini təbii fəlakət zamanı baş verən sel sularından qorumaq üçün tikinti layihələri həyata keçirilir. GAXA-nın məlumatına görə, hazırda Yağlıca dağlarından gələn sel sularının şəhər küçələrinə və yaşayış mikrorayonlarına dolmaması üçün tikinti işləri başlayıb. Artıq neçə ildir ki, Rustavinin Kutaisi küçəsi, Şartava prospekti, Leonidze və Tbilisi küçələrini əhatə edən əraziyə yaxındakı dağlardan gələn sel suları dolur. Mövcud problemi həll etmək üçün hazırda layihənin tikintisi həyata keçirilir və Rustavi şəhərinin yaxınlığında, Yağlıca dağlarının ətəyində drenaj kanalı qurulacaq. Bildirilib ki, bu layihənin həyata keçirilməsi nəticəsində şəhərin küçələri və yaşayış binaları güclü sel sularından qorunacaq. GAXA.ge