Azərbaycan idmançısı Gurcustanda keçirilən kikboksinq üzrə beynəlxalq turnirdə qələbə əldə edib

Azərbaycan idmançısı Nihat Tağızadə Gurcustanda keçirilən kikboksinq üzrə beynəlxalq turnirdə uğurla çıxış edib. GAXA-nın AZƏRTACA istinadən məlumatına görə, turnirdə 45 kiloqram çəki dərəcəsində mübarizə aparan 15 yaşlAzərbaycan idmançısı K-1 yarışlarında gürcüstanlı rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Ermənistandan olan döyüşüçlər mübarizə aparıblar. Qeyd edək ki, N.Tağızadə “Qızıl əlcək” idman klubunun üzvüdür. www.gaxa.ge