Həmyerlimiz Orxan Qələndərov "Azerbaijan International 2019" turnirində qalib gəlib

Əslən Marneuli rayonunun Yuxarı Saral kəndindən olan badmintonçumuz Orxan Qələndərov "Azerbaijan International 2019" turnirinə qələbə ilə başlayıb. GAXA-nın məlumatına görə, bu barədə Azərbaycan Badminton Federasiyası xəbər yayıb. Orxan Qələndərov kişi badmintonçuların şəxsi yarışında ilk görüşündə Malta badmintonçusu Metyu Abelaya 2:0 (21-14,21-13) hesabı ilə qalib gəlib! "Azerbaijan International 2019" turnirində eloğlumuza böyük uğurlar arzulayırıq. Qoy həmişə qələbə bizimlə olsun. Azərbaycan adını, eləcə də Gürcüstan adını və anadan olduğun axar-baxarlı Yuxarı Saral kəndinin adını zirvələrə yüksəlt! Təbrik edirik! www.gaxa.ge