“Gürcüstanda vətəndaş inteqrasiyası və dövlət dilinin öyrədilməsi" mövzusunda konfrans keçirilib

“Gürcüstanda vətəndaş inteqrasiyası və dövlət dilinin öyrədilməsi" mövzusunda konfrans keçirilib. GAXA-nın məlumatına görə, tədbir prezident Salome Zurabişvilinin, təhsil, elm, mədəniyyət və idman nazirliyi, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri və Zurab Jvaniya adına Dövlət İdarəçiliyi Məktəbinin təşkilatçılığı ilə baş tutub. Konfrans çərçivəsində Zurab Jvaniya adına Dövlət İdarəçiliyi Məktəbinin, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirlik aparatının və Gürcüstan Parlamentinin Milli Kitabxanasının milli azlıqlar arasında dövlət dilinin öyrədilməsinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq haqqında dördüncü dəfə memorandum imzalanıb. Məlumata görə, konfransı keçirməkdə və memorandum imzalamaqda əsas məqsəd milli azlıqların arasında dövlət dilinin təbliği üçün təhsil, informasiya və informasiya layihələrini həyata keçirməkdir. www.gaxa.ge