"Sioni" və "Rustavi" komandalarının oyunçuları arasında qarşdurma baş verib

Milli Liqanın keçirdiyi futbol matçı zamanı Bolnisinin "Sioni" və "Rustavi" komandalarının oyunçuları arasında qarşdurma baş verib. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) gürcü mətbuatına istinadən məlumatına görə, qarşılaşmada futbolçuların bir qrupu arasında baş verib. Hadisə şahidlərinin məlumatına görə, oyunçular arasında qarşıdurma Rustavinin üçüncü qolundan sonra başlayıb. Hakim hər komandadan 2 oyunçu çıxarıb. Oyun 3: 3 hesabı ilə başa çatıb. www.gaxa.ge