Zaur Darğallı idman nümayəndələri ilə görüşüb

Bu gün seçki kampaniyası çərçivəsində "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası tərəfindən mer vəzifəsinə namizəd olan Zaur Darğallı idman sahəsinin nümayəndələri ilə görüşüb. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, Marneulidəki Mədəniyyət Evində təşkil edilən toplantıda Tamaz Naveriani, Ruslan Hacıyev və Bələdiyyə Məclisinin sədr müavini Mamuka Naveriani iştirak ediblər. Tədbirdə çıxış edən idarə heyətinin nümayəndələri rayonda idmanın inkişafı üçün atılan addımlar barədə ətraflı məlumat verərək, yaxın gələcəkdə idman həyatının dəstəklənməsi üçün həyata keçiriləcək olan layihələrə diqqət yetirmişlər. Qeyd edək ki, 2013-cü ildən bu günədək bələdiyyədə 10 idman növü inkişaf etdirilib və bu mərhələdə idmanın sayı 20-yə çatıb. Qeyd etmək lazımdır ki, Marneuli son illərdə bir çox beynəlxalq idman tədbirlərinə ev sahibliyi edib. www.gaxa.ge