Jurnalist Təhməz Təhməzov Gürcüstanın Əməkdar Jurnalisti fəxri adına layiq görülüb

Bu günlərdə jurnalist həmkarımız Təhməz Təhməzov “Gürcüstanda Jurnalistika Günü” münasibətilə Gürcüstanın Jurnalistlər Yaradıcılıq Birliyinin rəhbərləri Marine Qiqineişvili və Marina Textumanidzenin imzaları ilə uzun müddətli və uğurlu fəaliyyətinə görə Gürcüstanın Əməkdar Jurnalisti fəxri adına layiq görülüb. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, biz də Azərbaycan dilli sayt rəhbərliyi olaraq həmkarımızı ölkəmizdə yaşayan azərbaycanlı jurnalistləri adından təbrik etdik və ona keçdiyi mənalı həyat yolunda uğurlar arzuladıq. Təhməz Təhməzov jurnalistka sahəsində daha geniş fəalliyətə Gürcüstan Televizya və Radio Komitəsində çalışarkən başlayıb. O, komitə nəzdində Azərbaycan dilində yayimlanan radioda redaktor kimi çoxsaylı oçerk və reportajlar müəlifi kimi tanınıb. Daha sonra T. Təhməzov "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") qəzetində baş müxbir vəzifəsini tutub. O, radio və qəzet sahəsində 10 ildən çox fəaliyət göstərib. Təhməz Təhməzovun jurnalistlik fəaliyyəti sonra Azərbaycan İctimai Televiziya və Radio Verilişləri Komitəsinin Gürcüstandaki xüsusi müxbiri kimi çalışdığı illərdə daha parlaq hiss olunub. O, xüsusi müxbir kimi Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə əhalinin yaşayışı ilə əlaqədar uğurlardan və onları narahat edən ciddi problemlərdən operativ və qərəzsiz xəbərlər yayımlayıb. O, televizya ekranlarında daha çox soydaşlarımızın sosial və təhsil sahəsində problemlərin qoyuluşu və həlli ilə bağlı çoxsaylı süjetlər müəllifi kimi tanınıb. Tamaşaçılar demək olar ki, hər gun onun Gürcüstanda yaşayan azərbaycanlıların həyatının müxtəlif sahələrini əhatə edən televizya xəbərlərini səbirsizliklə izləyir və maraqla tamaşa edirdilər. Jurnalist Təhməz Təhməzov bu gün Gürcüstanda fəaliyyət göstərən qəzet və diğər mətbu orqanlarda peşəkar qələm sahibi kimi tez-tez çıxış edir, jurnalistikamızın inkişafına öz töhfələrini verir. Biz də həmkarımız T. Təhməzovu Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) rəhbərliyi olaraq bu yüksək fəxri ada layiq görülməsi münasibətilə bir daha ürəkdən təbrik edir və bu çətin və şərəfli fəaliyyətində ona böyük uğurlar arzu edirik. Jurnalist T. Təhməzov GAXA.ge saytına açıqlamasında “Gürcüstanın Əməkdar Jurnalisti” fəxri adına layiq görülməyinin ölkəmizdə fəaliyyət göstərən istər Gürcüstan, istərsə də Azərbaycan jurnalistikasında çalışan bütün həmkarlarının zəhmətinə verilən böyük qiymət olduğunu bildirib. www.gaxa.ge