Şota Rexviaşvili: “Jurnalistlərin bizimlə əməkdaşlıq etməsi regionumuzun inkişafına töhfələr verəcək”

Gürcüstanda Jurnalistika günü keçirilib. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, tədbir Kvemo Kartli bölgə idarəsi tərəfindən təşkil edilib. Məlumata görə, tədbirdə 30-dan çıx gürcü və azərbaycanlı jurnalistlər iştirak edib. Tədbiri açan qubernator Şalva Rexviaşvili Gürcüstanda Jurnalistika Günü münasibətilə bütün jurnalistləri təbrik edib, onların yorulmaz və mənalı əməyini yüksək qiymətləndirib. Sonra “Gürcüstanda Jurnalistika Günü” adlı tort kəsilib. Qubernator Ş. Rexviaşvili Gaxa.ge saytına açıqlamasında Gürcüstanda, eləcə də azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində bütün vacib sahələrin inkişafında gürcü və azərbaycanlı jurnalistlərinin böyük rolu olduğunu bildirib. Onun sözlərinə görə, o, Kvemo Kartli bölgəsində fəaliyyət göstərən gürcü və azərbaycanlı jurnalistləri ürəklə tədbirə dəvət etdiklərini bildirib: “Bizim jurnalistlərə münasibətimiz yüksək səviyyədədir. Təşkil etdiyimiz bu tədbirə gəlidiyiniz üçün təşəkkür edirik və sizləri Gürcüstanda Jurnalistika Günü münasibətilə ürəkdən təbrik edirəm. Sizin vasitənizlə Gürcüstanda, eləcə də regionda baş verən yenilikləri, həmçinin, regionun gündən-günə inkişafını obyektiv olaraq işıqlandırmanız bizim üçün əhəmiyyətlidir. Sözsüz ki, bu obyektiv xəbərləri Gürcüstanda yaşayan azərbaycanlılar oxuyur, bu xəbərlərlə regionda baş verən hadisələrdən, xüsusən, inkişafdan xəbər tutur, sizin əməyinizi qiymətləndirirlər. Hesab edirəm ki, Gürcüstanda gürcü jurnalistikası və Azərbaycan dilli jurnalistika düzgün yoldadır. Bizimlə olan bu əməkdaşlıq öz bəhrəsini verir. İnanıram ki, biz gələcəkdə ölkəmizin, həmçinin regionumuzun inkişafına böyük töhfələr verəcəyik”,- Ş. Rexviaşvili bildirib. Kvemo Kartli bölgəsinin qubernatoru açıqlamasında Novruz Bayramı münasibətilə hamını, xüsusən Gürcüstanda yaşayan azərbaycanlıları təbrik edib, onlara həyatda cansağlığı və uğurlar arzulayıb. www.gaxa.ge