Səni deyirlər... (kiçik felyeton əvəzi)

Burun yekə, qulaq uzun, bığ şeşə, Qudurub hey ona-buna bağırdın - Düşdün indi yaman qeylü-qal işə - Cavab verən gəzir kimsə gərdişə - Səni deyirlər! Qaçdın pul dalınca səni deyirlər. Kimnən pul alınca səni deyirlər – Yalandan-palandan sözlər də dedin, Səni deyirlər. Düşünüb kimsədən danos da yazdın. Yolunu düz getdin, sonrasa azdın, Düz deyənlərin sözünü yozdun – Səni deyirlər. Dosta qəbir qazdın, səni deyirlər! Səni illər, bir də xalqım sınayır. Yenə cəmiyyətdə saf kimi gəzdin, Səni də durmadan yetən qınayır – Səni deyirlər... Yadlarla birləşib, pulları bölüb! Deyirlər bu səhər bir kimsə ölüb, Ah səni deyirlər!... Səni deyirlər!.. Nizami Məmmədzadə, jurnalist